image-tramp-alman-herbicibackend

Alman hərbçiləri ilə bağlı ŞOK: səbəb açıqlanmır

Almaniyadan olan 15 hərbçi – admiral Stefan Pauli başda olmaqla, Qrenlandiyanı dərhal tərk etmək əmri alıb.

Referans Media xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, hərbçilər hazırda Nuuk hava limanındadır və “Icelandair” reysi ilə adadan ayrılmağa hazırlaşırlar.

Məlumata əsasən, alman hərbçilər Qrenlandiyada uzun müddət qalacaqmışlar. “Bild” qəfil qərarın arxasında ABŞ prezidenti Donald Trampın Qrenlandiya mövzusu ilə bağlı Avropa ölkələrinə qarşı ticarət rüsumları tətbiq etmək təhdidlərinin dayandığını yazır.

Xatırladaq ki, Tramp daha əvvəl Avropa qüvvələrinin Qrenlandiyaya göndərilməsini “çox təhlükəli oyun” adlandırmışdı.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki