NATO ABŞ Prezidenti Donald Trampın “Qrenlandiya tarifləri”nə reaksiya verib.
Referans Media xəbər verir ki, bu barədə Almaniya hökuməti birgə bəyanat yayıb.
Belə ki, Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Birləşmiş Krallıq Qrenlandiya xalqı ilə həmrəyliklərini ifadə ediblər.
“Tariflərin tətbiqi ilə bağlı təhdidlər transatlantik münasibətləri sarsıdır və bu, vəziyyətin pisləşməsinə səbəb ola bilər. Biz birlikdə və əlaqələndirilmiş formada hərəkət etməyə davam edəcəyik. Suverenliyimizi müdafiə etmək niyyətindəyik”, – deyə sənəddə yazılıb.
Qeyd edək ki, Donald Tramp 17 yanvarda “TruthSocial” sosial şəbəkəsində paylaşım edərək 1 fevrala qədər Qrenlandiyanın ilhaqına qarşı çıxan Avropa ölkələrinə 10% tarif tətbiq edəcəyinə söz verib.
Bu ölkələrə Danimarka, Birləşmiş Krallıq, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveç daxildir.
Globalinfo.az























