İranın yeni dini lideri Müctəba Xamenein səhhəti ilə bağlı müxtəlif fərziyyələr dərc edilir. İngiltərədə yayımlanan “The Times” qəzeti, Xamenein ağır yaralı olduğunu və Qum şəhərində müalicə aldığını bildirib. Qəzet bu səbəbdən İran rejiminin qərar qəbul etmə prosesində iştirak edə bilmədiyini iddia edib.
Referans Media xəbər verir ki, diplomatik mənbələrə əsaslanan xəbərdə bildirilir ki, Müctəba Xamenei, atasının Əli Xameneinin öldürüldüyü hücum zamanı ağır yaralanıb.
Qəzetin yayımladığı xəbərə görə, Xamenein vəziyyəti ciddi olduğu üçün İran rejiminin qərar qəbul etmə prosesinə qatılması mümkün deyil.
ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin Müctəba Xamenein yerini bir müddətdir bildiyi, lakin ətraflı məlumatların hələ açıqlanmadığı qeyd edilir.
Dünən yayımlanan görüntülərdə Xamenein hərbi əməliyyat otağına daxil olduğu anlar əks olunub. Otaqda olan yüksək rütbəli iranlı hərbi rəsmilər Xamenei içəri daxil olarkən ayağa qalxıb. Otaqdakı rəqəmsal ekranda isə İsraildəki Dimona nüvə reaktor sahəsinin böyük görüntüsü və koordinatları görünür.























