Aramsız qar Türkiyəni cənginə alacaq. Hava kəskin soyuyacaq, temperatur ən azı 15 dərəcə aşağı düşəcək.
Referans.az Metbuat.az – a istinadən xəbər verir ki, bu proqnozla Ayfon Kocatepe Universitetinin müəllimi Ozan Bozyurt çıxış edib. Alim deyib ki, soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması gələn ayın 20-nə təsadüf edir. Onun sözlərinə görə, 20 dekabr – 20 yanvar tarixləri Türkiyədə havanın ən sərt keçdiyi dövr olacaq.
Ozan Bozyurt Türkiyənin 35 vilayətində hava şəraitinin daha kəskin keçəcəyini vurğulayıb. Qeyd edib ki, 30-40 sm qalınlığında qar yağacaq, yollar buz bağlayacaq.
Mütəxəssisin sözlərinə görə, dəhşətli soyuqlar özünü ən çox İstanbul, Ədirnə, Yozqat, Sivas və Ankarada göstərəcək.
