Avqustda səma həvəskarlarını möhtəşəm astronomik hadisələr gözləyir

Avqust ayında səma həvəskarları üçün bir sıra maraqlı astronomik hadisələr baş verəcək. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq görünüşü və qismən Ay tutulması müşahidə olunacaq.

Referans Media xəbər verir ki, 12 avqustda baş tutacaq tam Günəş tutulması Şimali Rusiya, Qrenlandiya, İslandiya, İspaniyanın şimalı və Portuqaliyanın kiçik bir hissəsindən tam şəkildə izlənilə biləcək. Həmin gecə Perseid meteor yağışı da pik həddə çatacaq. Yeni Ay fazası sayəsində səma daha qaranlıq olacağından müşahidə üçün əlverişli şərait yaranacaq.

14–16 avqust tarixlərində Venera gün batımından sonra qərb üfüqündə ilin ən parlaq görünüşlərindən birini nümayiş etdirəcək.

Ayın sonunda isə, 27 avqustdan 28 avqusta keçən gecə qismən Ay tutulması baş verəcək. Tutulma zamanı Ayın təxminən 93 faizi Yerin kölgəsinə düşəcək və səthinin böyük hissəsi tünd, mis rəngli çalarda görünəcək. Bu hadisəni xüsusi qoruyucu vasitə olmadan təhlükəsiz şəkildə izləmək mümkün olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki