Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kiyevə rəsmi səfəri çərçivəsində ukraynalı həmkarı Andriy Sibiqa ilə görüşüb.
Referans Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının daha da gücləndirilməsi, siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında məhsuldar müzakirələr aparılıb.
Tərəflər, həmçinin regional və beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
“Ölkələrimiz dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri ilə bağlıdır”, – deyə Ceyhun Bayramov vurğulayıb.


