Bakının mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - 3 obyektə və evə keçibmiş

 Bakının mərkəzindəki yanğın SÖNDÜRÜLDÜ - 3 obyektə və evə keçibmiş

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.

Referans Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
 

Yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kv.m. sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi yanıb.


Binanın böyük hissəsi yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki