Taylandın Nonthaburi əyalətində yerləşən məktəbdə baş verən silahlı hücum nəticəsində 7 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Referans Media xəbər verir ki, hadisə paytaxt Banqkokun şimal-qərbindəki Debsirin Nonthaburi məktəbində qeydə alınıb. Məlumata görə, hücumu həyata keçirən 14 yaşlı məktəbli ölü vəziyyətdə tapılıb.
Hadisədən sonra müəllimlər şagird və işçiləri təhlükəsiz əraziyə təxliyə ediblər. Polis hücumçunun çantasında çoxlu sayda sursat aşkarlayıb.
Hazırda ərazi nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.
