Avstraliyada quş qripi yayılır: Quşlar qapalı məkanlarda saxlanılacaq

Avstraliyanın Viktoriya ştatında H5N1 quş qripi virusuna yoluxma hallarının artması səbəbindən quşçuluq təsərrüfatlarında quşların qapalı məkanlarda saxlanılması qərara alınıb.

Referans Media xəbər verir ki, məhdudiyyət ilkin mərhələdə 14 gün qüvvədə olacaq və Melburn, sahilyanı ərazilər, eləcə də bəzi qonşu bölgələrdə 50 və ya daha çox quşa sahib təsərrüfatlara şamil ediləcək.

Səlahiyyətlilər bildiriblər ki, məqsəd ev quşlarının vəhşi quşlarla təmasını minimuma endirərək virusun yayılmasının qarşısını almaqdır.

Son testlərin nəticələrinə əsasən, Viktoriya ştatında daha 20 yoluxma halı aşkarlanıb. Bununla da Avstraliyada təsdiqlənmiş quş qripi hallarının sayı 175-ə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki