image-dron_puabackend

Son dəqiqə: Moskvaya PUA-larla hücum edildi

Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilib.

Referans Media xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə 25 pilotsuz uçuş aparatı şəhərə doğru istiqamətlənib. Hücum nəticəsində bəzi dronların qalıqları müxtəlif ərazilərə düşüb.

Sergey Sobyanin qeyd edib ki, hazırda dron qalıqlarının düşdüyü ərazilərdə operativ və fövqəladə xidmət əməkdaşları işləyir. Hadisə yerlərində təhlükəsizlik tədbirləri görülür və vəziyyət nəzarətdə saxlanılır.

Hücuma görə mümkün dağıntılar və ya xəsarət alanlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Hadisənin təfərrüatları araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki