Tramp-Zelenski görüşü başa çatdı – YENİLƏNİB

  Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində görüş keçiriblər. Görüş zamanı əsas müzakirə mövzusu Ukraynada atəşkəsin əldə olunması olub.

Referans xəbər verir ki, bu barədə Zelenski şəxsi teleqram kanalında yazıb.

“Prezident Trampla uzun və məzmunlu görüşümüz oldu. Həqiqətən də önəmli bütün məsələləri müzakirə etdik. Cənab Prezidentə və Birləşmiş Ştatlara təşəkkür edirəm. Ukraynada atəşkəsin və həqiqi sülhün necə əldə oluna biləcəyini müzakirə etdik”, – o bildirib.

Zelenski görüşün detalları ilə bağlı məlumatın sonradan açıqlanacağını da qeyd edib.

Tramp və Zelenski arasında görüş başa çatıb.

Referans xəbər verir ki, ABŞ və Ukrayna prezidentlərinin görüşü 40 dəqiqədən çox davam edib.  

Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp bu gün Niderlandda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Referans xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd edək ki, du, liderlərin son 2 ayda ilk danışıqlarıdır. Zelenski Trampla sonuncu dəfə bu ilin aprelində Vatikanda görüşüb. Onlar ora Papa Fransiskin dəfn mərasiminə birlikdə gəliblər.

Qeyd edək ki, iyunun əvvəlində G7 sammitində onların görüşü Trampın Yaxın Şərqdəki vəziyyətlə əlaqədar vaxtından əvvəl getməsi səbəbindən baş tutmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki