Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq

Sülh Şurasına üzv ölkələr Qəzza sektorunun bərpası və humanitar yardım üçün 5 milyard dollardan çox vəsait ayıracaqlar.

Referans Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da paylaşım edib.

Ağ Ev rəhbəri bildirib ki, ölkələr bunu fevralın 19-da Vaşinqtondakı Sülh İnstitutunda keçiriləcək Sülh Şurasının ilk iclasında elan edəcəklər.

Onun sözlərinə görə, Şuraya daxil olan ölkələr Fələstin anklavında sülh və təhlükəsizliyin qorunması məqsədilə minlərlə hərbçi göndərməyə hazırdırlar.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki