Rusiyanın Kamçatka bölgəsində bir neçə gündür güclü qar yağmaqda davam edir.
Referans Media xəbər verir ki, bəzi yerlərdə yağıntı binaların dördüncü mərtəbələrinə çatır.
Bu səbəbdən yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.
Şəhər xidmətləri şiddətli hava şəraitinin nəticələrinin öhdəsindən gəlməkdə çətinlik çəkir, qar yağışı son 30 ilin ən güclü qarı kimi təsvir olunur.
Evlərində köməksiz qalan yaşlı insanlara yardım etmək üçün xilasedicilər hündürlüyü bir neçə metr olan qar yığınlarının içində tünellər qazmaq məcburiyyətində qalıblar.
Qarın altında qalan 60 və 63 yaşlı iki kişi isə dünyasını dəyişib.






















