Türkiyədə tanınmış televiziya və xəbər aparıcısı Erhan Çelikin həyat yoldaşı, mama-ginekoloq Özlem Gültekin vəfat edib.
Referans Media xəvər verir ki, kədərli xəbər Gültekinin təsis etdiyi klinikanın sosial media hesabında paylaşılaraq ictimaiyyətə çatdırılıb.
Paylaşımda bildirilib ki, minlərlə qadının və ananın həyatına toxunan həkimin vəfatı böyük üzüntü yaradıb.
Klinikanın sosial media hesabında bunula bağlı paylaşım edilib.
Özlem Gültekinin dəfn mərasiminin bu gün – avqustun 14-də İzmirin Karşıyaka rayonunun Bostanlı ərazisində yerləşən Beşikçioğlu məscidində günorta namazından sonra keçiriləcəyi bildirilib. Həkim Özlem Gültekin Örnekköy qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə ailə həyatı qurublar. Cütlüyün 2020-ci ildə Əli Boran adlı oğlu dünyaya gəlib.
Məlumata görə, cütlük bir müddətdir ailə daxilində fikir ayrılıqları yaşayırdı və boşanma prosesində idi. Özlem Gültekinin vəfatı onun yaxınları ilə yanaşı, çalışdığı tibb ictimaiyyətində də böyük kədər yaradıb.


