Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi

Sevastopolda Rusiya hərbi binasını partlatmaqda şübhəli bilinən qadın həbs edilib.

Referans Media xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Qeyd olunur ki,  qadın terrorizmdə ittiham olunur, o, Ukrayna kəşfiyyat orqanlarının təlimatları ilə hərəkət edib. Məhkəmə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki