Lökbatan-Qobu yolunda avtomobil AŞIB: Sürücü xəsarət alıb - VİDEO

Lökbatan-Qobu yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 10:00-da Lökbatan-Qobu yolunun "Qobu Park" ərazisi yaxınlığında qeydə alınıb.

"2005-ci il təvəllüdlü Bəşir Elxan oğlu Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobili yüksək sürətlə idarə etdiyindən döngədə idarəetməni itirib və avtomobil yolun sağ kənarındakı boş əraziyə aşaraq bir neçə dəfə çevrilib. Sürücü xəsarət alıb, əzilməsi var. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir./oxu.az

***12:18

Lökbatan-Qobu yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.

Bildirilib ki, "Mercedes" markalı, 35-BC-635 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Qəza zamanı xəsarət alanların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

Aidiyyəti üzrə sorğu verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki