Bərdədə şəhid qardaşının meyiti tapıldı

Bərdədə gənc oğlanın meyiti tapılıb.

Referans Media xəbər verir ki, hadisə rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Kənan Nizam oğlu Elyasov yaşadığı evdə ölü halda aşkarlanıb. Onun hansı səbəbdən ölməsi bilinmir.

Qeyd edək ki, Kənan şəhdi Bəhram İlyasovun qardaşıdır. Bəhram İlyasov 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun atası Nizam İlyasov da həmçinin Birinci Qarabağ müharibəsi veteranıdır./Lent.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki