Bakıda avtobusla minik maşını toqquşub - Xəsarət alan var

Gecə saatlarında Suraxanı rayonunda, Hava Limanı yolunda qəza baş verib.

Referans Media  xəbər verir ki, “Unikal”ın məlumatına görə, 150 nömrəli marşrut xətti üzrə hərəkət edən BYD markalı avtobusla “Opel” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə zamanı “Opel”in sürücüsü, Ağazadə Urfan Ülvi oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki