Tarixin ən ölümcül epidemiyası başlaya bilər - Xəbərdarlıq

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) rəhbəri Jean Kaseya Konqo Demokratik Respublikasında yayılan Ebola epidemiyasının indiyədək qeydə alınan ən böyük epidemiyalara çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Referans Media  “Vedomosti” nəşrinə istinadla xəbər verir ki, onun sözlərinə görə, xəstəliyin yayılmasının qarşısı yaxın zamanda alınmasa, vəziyyət 2014–2016-cı illərdə Qərbi Afrikada və daha sonra Konqonun şərqində baş vermiş Ebola epidemiyalarından da ağır ola bilər.

Jean Kaseyanın sözlərinə görə, ən ciddi problemlərdən biri yoluxanlarla təmasda olmuş on minlərlə şəxsin hələ də müəyyən edilməməsi və tibbi nəzarətə götürülməməsidir. Bu isə virusun yayılmasının qarşısının alınmasını çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, hazırkı epidemiya Ebola virusunun nadir Bundibucyo ştamı ilə əlaqədardır. Bu ştam üçün təsdiqlənmiş vaksin və effektiv müalicə üsulu mövcud deyil.

Qeyd edək ki, 2014–2016-cı illərdə Qvineya, Liberiya və Sierra-Leone ərazilərində baş vermiş Ebola epidemiyası 11 mindən çox insanın həyatına son qoymuşdu. Hazırda ekspertlər xəbərdarlıq edirlər ki, yoluxma zəncirlərinin operativ aşkarlanması və təcrid olunmaması halında vəziyyət nəzarətdən çıxa bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki