backend

TƏCİLİ! TikTok-da CANLI AÇANLAR BUNA GÖRƏ HƏBS OLUNACAQLAR…

Hər kəsə məlumdur ki, müxtəlif sosial şəbəkələrdə qanunsuz pul qazanma faktları mövcuddur.

Bu günlərdə “Miss Azərbaycan-2019″un qalibi Səmra Hüseynovanın TikTok-da atılan “qara pullar”la bağlı səsləndirdiyi fikirlər sosial mediada böyük müzakirələrə səbəb olub. Model iddia edir ki, həmin şəxslər vergidən yayınmaq üçün bunları edir. Ümumiyyətlə, son vaxtlar sosial mediada TikTok və digər platformalarda qazanılan gəlirlər geniş müzakirə olunur. Azərbaycanda sosial media və internet üzərindən gəlir əldə edən şəxslər, əgər bu fəaliyyət müntəzəmdirsə və qazanc real gəlir kimi hesablanırsa, vergi ödəməlidirlər. Dövlət Vergi Xidmətinin açıqlamasına görə, sosial şəbəkələrdə reklam, canlı yayım və ya hədiyyələr vasitəsilə gəlir qazananlar illik gəlir vergisi bəyannaməsi təqdim etməlidirlər. Bu halda gəlir 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

 

image-untitled

 

Misal üçün TikTok-da yuyulan “qara pullar” – necə nəzarətdə saxlanılır? Bu kimi qanun pozuntularının cinayət məsuliyyəti nədir?

 

Mövzuyla bağlı Kibertəhlükəsizlik və informasiya texnologiyaları üzrə ekspert Şahin Alıyev REFERANS-ın suallarını cavablandırıb:

 

Kibertəhlükəsizlik və informasiya texnologiyaları üzrə ekspert qeyd edib ki, belə demək olar ki, bu tip platformalar dünyanın hər yerində də bu cür qara yəni qeyri-qanuni işlərə cəlb olunub. Əsasən də hədiyyə sferası, pulun hər hansı bir hədiyyəyə dönüşməsi buna zəmin yaradır. Çünki bu cür sistemlər çox hallarda blokçeyn texnologiyaları üzərində qurulur.

 

Mütəxəssis onu da diqqətə çatdırıb ki,  bu texnologiyadan danışırıqsa təbii ki, blokçeyn texnologiyasıda izlənilməsi yəni sürəkli bir mənbədə durmamasından dolayı izlənilməsi çətin olur və xüsusi bloklar içərisində saxlanılır deyə onu tapmaq çətindir.

 

“Ümumiyyətlə təkcə kibercinayətkarlar yox oğrular və banklardan hekkinq olunmuş pullar daxil blokçeyn texnologiyası və infrasturukturundan qara bazara dağılır”,-deyə Şahin Alıyev əlavə edib


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki