image-iran-hava-mekanibackend

Tehran səmaları kilidlədi: İran tam hava blokadası elan etdi

İran bütün hava məkanını bağlaması ilə bağlı NOTAM (aviadaşıyıcılar üçün rəsmi bildiriş) yayımlayıb.

Referans Media xəbər verir ki, məlumatı aviasiya uçuşlarını real vaxt rejimində izləyən Flightradar24 açıqlayıb.

Bildirilişə əsasən, qadağa iki saatdan bir qədər artıq müddət üçün qüvvədədir və yalnız bəzi beynəlxalq reyslərə istisna tətbiq olunur. Qərar regionda sürətlə artan hərbi-siyasi gərginlik fonunda qəbul edilib və təhlükəsizlik riski ilə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, İran hava məkanının bağlanması Yaxın Şərq üzərindən keçən beynəlxalq aviasiya marşrutlarına ciddi təsir göstərə, bir sıra reyslərin marşrutunun dəyişdirilməsinə və gecikmələrə səbəb ola bilər.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki