Türkiyədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
Referans xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bununla bağlı sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağı proqnozlaşdırılır.
“Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”, – deyə Murat Kurum qeyd edib.
Xüsusilə, Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyi vurğulanıb.