"Qoja Ahmet Yassaui" ordeni ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.
Referans Media xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında bəyan edib.
K.Tokayevin sözlərinə görə, Ərdoğan iki ölkə əməkdaşlığının möhkəmləndirilməsinə böyük töhfə verir, həmçinin iki ölkənin ictimai-siyasi, sosial və mədəni-humanitar sahələrdə qarşılıqlı əlaqələrinin inkişafına fəal şəkildə kömək edir: "Bunu Qazaxıstan xalqı yüksək qiymətləndirir".
Qazaxıstan lideri bildirib ki, dövlət mükafatı alim və xadim Xoca Əhməd Yəsəvinin şərəfinə təsis edilib:
"Rəcəb Tayyib Ərdoğan, bu gün Qazaxıstan-Türkiyə əməkdaşlığının bu tarixi günündə biz ilk dəfə olaraq sizə bu yüksək mükafatı təntənəli şəkildə təqdim edəcəyik. Bu gün xüsusi mərasim keçiriləcək. Bu, Qazaxıstan xalqının sizə olan səmimi hörmətinin ifadəsi və qardaşlıq dostluğumuzun parlaq təzahürü olacaq"."Cebheinfo.az"
