Tokioda ticarət mərkəzində panika: 19 nəfər xəstəxanalıq oldu

Tokioda bir nəfərin ticarət mərkəzinə naməlum maddə püskürtməsi nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı ümumilikdə 25 nəfərin qoxudan zərər gördüyü bildirilib. Polis şübhəlinin axtarışını davam etdirir.

Məlumata görə, bankomatların yaxınlığına püskürdülən maddənin acı bibər tərkibli qıcıqlandırıcı sprey ola biləcəyi ehtimal edilir.

Zərərçəkənlərdən bəziləri boğazlarında ağrı və qaşınma hiss etdiklərini bildiriblər. Hadisədən sonra ticarət mərkəzinin ətrafındakı yollar müvəqqəti olaraq bağlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki