Tovuzda üç uşaq turşudan zəhərləndi

Referans Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

2021- ci il təvəllüdlü İlqar Hüseyinzadə, onun qardaşı 2022-ci il təvəllüdlü Nihat Hüseyinzadə və 6 yaşlı Gülnur Hüseyinzadə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, uşaqlar nəzarətsiz qalaraq turşu yeyib və ondan zəhərləniblər.

Azyaşlıların vəziyyəti orta-ağırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki