ABŞ Prezidenti Donald Trump qatıldığı tədbirdə İranın nüvə silahına malik olmamaq barədə razılığa gəldiyini bildirərək, “Bu gün İranla müharibəni bitirdik” deyib.
Corciya ştatının qubernatorluğu uğrunda mübarizə aparan Burt Jones üçün telefon vasitəsilə təşkil olunan mitinqdə çıxış edən Tramp İranla bağlı açıqlamalar verib.
O bildirib:
"Bilmirəm eşitmisiniz, ya yox, bu gün İranla müharibəni bitirdik. Onlar heç vaxt nüvə silahına sahib olmamağa razı oldular. Bu, bizim israr etdiyimiz əsas məsələ idi. Məqsədimizin 95 faizi məhz bundan ibarət idi."
ABŞ Prezidenti daha əvvəl də İranla əldə olunan razılaşmanın Tehran tərəfindən təsdiqlənmə mərhələsində olduğunu və iyunun 11-nə planlaşdırılan hücumların ləğv edildiyini açıqlamışdı.
