Qəzza üzrə razılaşma əldə olunarsa, ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edə bilər.
Bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail girovların azad olunması və Qəzzada müharibənin dayandırılmasına dair razılaşma imzalanarsa, ABŞ Prezidenti Donald Trampın mümkün səfərinə hazırlıq görür.
İsrail Baş nazirinin Ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Misir Prezidenti Əbdülfəttah Sisi də razılaşma baş tutacağı təqdirdə Trampı Misirə dəvət edib.//Globalinfo.az
