Tramp Putinlə bağlı bu xəbəri təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Qəzza zolağındakı vəziyyətin həllinə yönəlmiş beynəlxalq “Sülh Şurası”na qoşulmaq üçün dəvət aldığını təsdiqləyib.

Referans Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, Putin “Sülh Şurası”na qoşulmağa dəvət olunub.

Xatırladaq ki, Tramp bu şuranın yaradılması ilə bağlı sazişin imzalanma mərasimini yanvarın 22-də keçirməyi planlaşdırır.

Daha əvvəl bildirilmişdi ki, Putinin dəvətindən sonra Britaniya “Sülh Şurası”nın məqsədlərini şübhə altına alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki