Tramp Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələri satacağını təsdiqlədi

  ABŞ Prezidentİ Donald Tramp vəliəhd şahzadə Məhəmməd bin Salmanın Vaşinqtona səfəri ərəfəsində Səudiyyə Ərəbistanına F-35 qabaqcıl qırıcı təyyarələri satacağını bildirib.

Referans.az  xəbər verir ki, o, krallığın ABŞ ilə uzunmüddətli tərəfdaşlığını yüksək qiymətləndirib.

Qeyd edək ki, Məhəmməd bin Salmanı çərşənbə axşamı Ağ Evə səfər edəcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki