Tramp Türkiyəyə bir şərtlə gedəcək – Ərdoğan açıqladıbackend

Tramp Türkiyəyə bir şərtlə gedəcək – Ərdoğan açıqladı

  “ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyəyə gələ bilər. Amma bu, Rusiya Prezidenti Vladimir Putinin də qoşulacağı təqdirdə baş tutacaq”.

Referans xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Trampla Haaqada danışıqlar zamanı Ukrayna ilə bağlı təşəbbüslərdən danışdıq. O dedi ki, Putin problemi həll etmək üçün İstanbula və ya Ankaraya gəlsə, mən də orda olacam. Biz lazımi danışıqları aparacağıq. Ümid edirəm ki, tezliklə görüşü təmin edəcəyik”.

Qeyd edək ki, Rusiya və Ukrayna birbaşa danışıqların iki raundu keçirib. Görüşlər İstanbulda baş tutub./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki