ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran məsələsi ilə bağlı fikir ayrılığı yarandığı iddia olunur.
“Axios” nəşrinin məlumatına görə, tərəflər mayın 19-da baş tutan telefon danışığında İranla mümkün razılaşma və bölgədəki vəziyyəti müzakirə ediblər. İddialara əsasən, Tramp İranın nüvə proqramı və Hörmüz boğazı ilə bağlı məsələləri əhatə edən 30 günlük danışıqlar prosesinə start verə biləcək “niyyət məktubu” üzərində iş aparıldığını Netanyahuya bildirib.
Məlumata görə, Netanyahu bu yanaşmadan narahat olub və yaxın həftələrdə Tramp ilə görüşmək üçün Vaşinqtona getmək istəyir.
Eyni zamanda, Qətər və Pakistanın vasitəçilərlə birlikdə “yenilənmiş sülh mətni” hazırladığı da iddia edilir. İranın bu təklifə necə cavab verəcəyi isə hələ məlum deyil.
