Tramp Zelenski və Putin görüşəcək – Ağ Ev rəhbəri AÇIQLADIbackend

Tramp Zelenski və Putin görüşəcək – Ağ Ev rəhbəri AÇIQLADI

  ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşün mümkünlüyünü etiraf edib.

Referans xəbər verir ki, Tramp bu görüşün baş verəcəyini diqqətə çatdırıb:

“Bu görüş üç ay əvvəl baş verməli idi. Amma alınmadı. Hərçənd üçtərəfli görüş baş tutacaq”, – Tramp vurğulayıb.

Xatırladaq ki, iyulun 23-də İstanbulda münaqişənin nizamlanması üzrə Rusiya-Ukrayna birbaşa danışıqlarının üçüncü raundu keçirilib. Danışıqların dördüncü raundu ilə bağlı qərar yeni razılaşmaların həyata keçirilməsindən sonra veriləcək./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki