Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib.
Bu barədə “Financial Times” qəzeti yazır.
Bundan qabaq Tramp Rusiyaya sülh bağlamaq üçün 50 gün vaxt
vermişdi. Əks halda o, 100% rüsum tətbiq edəcəyini bildirib.
Trampın bu təklifinin nə dərəcədə real olması ilə bağlı
politoloq Məhəmməd Əsədullazadə Referans-a açıqlamasında danışıb.
“Rusiya və Amerika arasında diplomatik danışıqlar demək olar
ki, dayanıb. Xüsusilə də, bu proses Rusiya-Ukrayna müharibəsi fonunda baş
verib. Düşünürəm ki, artıq ABŞ prezidenti də Rusiyanın diplomatik danışıqları qəbul
etmir və yalnız öz şərtlərini diqtə edir. Donald Tramp artıq diplomatik həll
yolu olmadığını və yalnız hərb yolu ilə prosesləri dəyişə biləcəyini başa
düşür. Ukraynaya silahların verilməsi qərarı artıq qəbul edilib. NATO xətti ilə
Avropa ölkələri bütün silahları Ukraynaya satdıracaq”.
Politoloq qeyd edib ki, Moskvanın və Sankt-Peterburqun
vurulması mümkündür.
“Belə silahlar Ukraynaya veriləcək. Hətta Ukraynanın özündə
də Moskvanı vura biləcək yeni raketlər istehsal olunub. Amma təbii ki, bunun nəticələri
mənfi ola bilər. Qarşılıq olaraq Rusiya Ukraynanın hökümət binalarını da bura
bilər. Hələ ki, o mərhələyə gəlinməyib ki, Peterburq və Moskva vurulsun. Amma
Rusiya Ukrayna üzərində hücumlarını davam etdirsə, belə bir qərarın verilməsi də
mümkündür. Həmçinin Donald Tramp hesab edir ki, sırf təzyiqlər yolu ilə
Vladimir Putini danışıqlar masasına əyləşdirmək mümkün olar. Buna görə də
Moskva və Peterburqun vurulması məsələsi təsadüf deyil”.
Fidan Vəlisoy