image-trump-onumuzdeki-2-3-hafta-icerisinde-irani-cok-19708224_1038_ampbackend

Trampa impiçment çağırışı: İran gərginliyi Vaşinqtonu qarışdırdı

ABŞ-da bəzi Demokrat siyasətçilər Prezident Donald Trump-ın İrana qarşı hücum və təhdidlərinə görə vəzifədən uzaqlaşdırılması (impiçment) çağırışı ediblər.

Senator Ed Markey və konqres üzvləri Seth Moulton, Alexandria Ocasio-Cortez və John Larson Trampın hərəkətlərini “qanunsuz müharibə” və “təhlükəli siyasət” kimi qiymətləndirərək Konqresi onun impiçmenti üçün hərəkətə çağırıblar.

Bu arada Tramp İrana qarşı böyük hücum planı ilə bağlı sərt bəyanatlar verib.

ABŞ, İran və İsrail arasında gərginlik fonunda tərəflər müvəqqəti atəşkəsə razılaşıb. Atəşkəsin 2 həftə davam edəcəyi və danışıqların davam etdiriləcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki