Tuğba Ekinçi hər şeyi danışdı: Aylıq qazancı hər kəsi təəccübləndirdi

Əxlaqsızlıq ittihamı ilə bağlı istintaq çərçivəsində həbs edilən türkiyəli müğənni Tuğba Ekinçinin polis, prokurorluq və hakim qarşısında verdiyi ifadələrin detalları üzə çıxıb. Müğənni ifadəsində təqaüdçü olduğunu və aylıq 50 min lirə maaş aldığını bildirib.

Referans Media xəbər verir ki,  Tuğba Ekinçinin istintaqa səbəb olan sosial media paylaşımları ilə bağlı açıqlamaları da diqqət çəkib. O, çəhrayı bikinidə görüntülərinin əxlaqsız məzmun təşkil edə biləcəyini təxmin etdiyini, lakin buna baxmayaraq paylaşdığını deyib.

Kızılcahamam Prokurorluğunun 2026/2009 saylı istintaq işi çərçivəsində Ankara Polis İdarəsinin Asayiş Şöbəsinin əməkdaşları sosial media platformalarında əxlaqsız məzmun yayımladığı iddia edilən şəxslərlə bağlı araşdırma aparıb. İstintaq çərçivəsində 5 şəhərdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı Tuğba Ekinçi, Ahmet Yılmaz, Ozan Rüzgar Dikici, Beren Akın və Çağlayan Yıldırım saxlanılıb. Onlardan Tuğba Ekinçi, Ahmet Yılmaz, Ozan Rüzgar Dikici və Beren Akın məhkəməyə göndərilərək həbs olunub. Çağlayan Yıldırım barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib.

Tuğba Ekinçinin ifadəsində maddi vəziyyəti ilə bağlı açıqlamaları da diqqət çəkib. Müğənni təqaüdçü olduğunu və aylıq 50 min lirə maaş aldığını bildirib. Ekinçi sosial media paylaşımlarından heç bir maddi gəlir əldə etmədiyini də iddia edib. O, istintaqa səbəb olan görüntüləri hər hansı qazanc məqsədilə paylaşmadığını və dolanışığını təqaüd maaşı və digər gəlirləri hesabına təmin etdiyini deyib.


Tuğba Ekinçi prokurorluqdakı ifadəsində daha əvvəl polisə verdiyi ifadəni təkrarlayıb. Ona göstərilən ağ və çəhrayı bikinili görüntülərdəki şəxsin özü olduğunu təsdiqləyib. Müğənni çəhrayı bikinidə olduğu videoda istifadə etdiyi maddənin narkotik olmadığını bildirib: “Çəhrayı bikinidə olduğum videoda çəkdiyim maddə qətiyyən marixuana deyil, siqaretdir.”

Ekinçinin ifadəsində ən çox diqqət çəkən məqamlardan biri isə görüntülərin məzmunu ilə bağlı olub. O, videoların əxlaqsız məzmun təşkil edə biləcəyini əvvəlcədən düşündüyünü, lakin buna baxmayaraq paylaşdığını deyib. Müğənni ailəsindən gələn reaksiyalardan sonra həmin videoları öz sosial media hesabından sildiyini bildirib.

Tuğba Ekinçinin polisə verdiyi ifadədə başqa sosial media hesabından yayılan görüntü ilə bağlı da suallar verilib. O, görüntülərin özünə aid olduğunu təsdiqləsə də, videonun yayımlandığı X hesabının ona məxsus olmadığını bildirib. Ekinçi görüntünü əvvəlcə Instagram-da “story” formatında paylaşdığını, daha sonra başqa hesablar tərəfindən kopyalandığını deyib. Müğənni videoda evində idman etdiyini və görüntülərdəki ağ rəngli maddənin narkotik olmadığını irəli sürüb. O, paylaşımın cinayət təşkil etdiyini düşünmədiyini bildirib.

Həbs tələbi ilə hakim qarşısına çıxarılan Tuğba Ekinçi bu dəfə ittihamları qəbul etməyib. O, istintaqa səbəb olan görüntülərin qısa müddətlik “story” videoları olduğunu və videolardan ayrı-ayrı kadrların götürülərək yanlış təsəvvür yaradıldığını iddia edib. Müğənni məhkəmədə görüntülərin bütöv şəkildə izlənilməsini istəyərək, videolarda idman etdiyini və özünü nümayiş etdirmək məqsədinin olmadığını bildirib. Tuğba Ekinçi həmçinin paylaşımlardan pul qazanmadığını və görüntülərin yayılmasına vasitəçilik etmədiyini deyib.

İstintaq çərçivəsində həbs edilən Ahmet Yılmaz isə sosial media vasitəsilə dolandığını bildirib. O, xüsusilə TikTok üzərindən gəlir əldə etdiyini və bu gəlirlərə görə vergi ödədiyini deyib. Yılmaz YouTube, Instagram, TikTok və X platformalarındakı müxtəlif hesabların ona məxsus olduğunu və həmin hesabları özü idarə etdiyini bildirib. “Melibendeli” adlı X hesabının da ona məxsus olduğunu qəbul edən Yılmaz istintaq predmetinə çevrilən paylaşımların hamısını özünün etdiyini söyləyib. O, paylaşımların əxlaqsız məzmun təşkil etdiyini düşünmədiyini bildirsə də, ifadəsinin sonunda “Bu paylaşımlara görə peşmanam” deyib.

Yılmaz “OnlyFans” hesabı ilə bağlı da açıqlama verib. Hesabı özünün açdığını qəbul edən Yılmaz platformadan aktiv şəkildə istifadə etmədiyini bildirib. O, hesabı istifadəçi adının başqa biri tərəfindən götürülməsinin qarşısını almaq məqsədilə yaratdığını iddia edib. Yılmaz sosial media fəaliyyətinin əsas məqsədinin izləyiciləri ilə gündəlik həyatını bölüşmək və auditoriyasını qorumaq olduğunu söyləyib. TikTok və YouTube-da canlı yayımlar etdiyini, izləyicilərdən gələn hədiyyələrin isə platformalar tərəfindən gəlir kimi hesabına köçürüldüyünü bildirib.

Kızılcahamam Sülh Cəza Hakimliyi iş üzrə mövcud sübutları və ittihamlarla bağlı qiymətləndirmələri nəzərə alaraq Tuğba Ekinçi, Ahmet Yılmaz, Ozan Rüzgar Dikici və Beren Akının həbsinə qərar verib. Çağlayan Yıldırım barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib. İş üzrə istintaqın davam etdiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki