Türk fermerin Qarabağla bağlı addımı: dünyaya elə mesaj verdi ki… – FOTO

  Türkiyəli fermeri Qarabağ mesajı gündəm olub.Referans.az xəbər verir ki, Kırklarelinin Evrensekiz qəsəbəsində fermer Burak Tunçkol Azərbaycanın Zəfər Bayramını qeyd edib.

O, bu məqsədlə torpaqda şumla cümlələr yazıb.

Təxminən 5 saat ərzində davam edən proses zamanı Tunçkol bunları qeyd edib:

“Qarabağ zəfərinin 5 yaşı var, dünya, minlərlə şəhidini unutma”.

Ardınca fermer bu barədə yerli mediaya açıqlama verib:

“Yazını yazdığımız yer Evrensekiz qəsəbəsidir. İstanbul və Avropaya gedən təyyarələrin keçdiyi yerdir. Yəni onlar tarlalara yazdığımız bu iri hərfləri görür. Dünyaya göndərmək istədiyimiz mesaj budur: Yaşadığım yerlə Azərbaycan arasında 3000 kilometr məsafə var. Bizim üçün məsafələr önəmli deyil. Azərbaycanlılarla sevgi bağımız var, biz qardaş ölkəyik. Bu yazını onların, şəhid analarının şərəfinə qeyd etdik”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki