Türkiyə hərbçiləri Ukraynaya göndərilir? – Milli Müdafiə Nazirliyi açıqlama YAYDI

Türk əsgərlərinin Ukraynaya göndəriləcəyi iddiası ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb: “Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəs yaradılmalıdır. Daha sonra missiyanın çərçivəsi müəyyən edilməli, hər bir ölkənin nə dərəcədə töhfə verəcəyi müəyyən edilməlidir”.

Milli Müdafiə Nazirliyi baş verənlərlə bağlı mətbuat sorğusuna cavab olaraq bəyanat yayıb. Bəyanatda türk hərbçilərinin Ukraynaya göndəriləcəyi ilə bağlı iddialara da toxunulub .

Nazirlikdən verilən açıqlamalar belədir:

Cənubi Kipr Rum Administrasiyası ilə Livan arasında Dəniz Yurisdiksiyası Sazişi i mzalanıb.ŞKTC hüquqlarını göz ardı edən hər hansı bir razılaşmanı qəbul etməyimiz mümkün deyil.

ŞKTC-nin hüquqlarına məhəl qoymayan bu razılaşmanın Livan xalqının da maraqlarını pozduğunu hesab edir və livanlı həmkarlarımıza dənizçilik sahəsində əməkdaşlığa hazır olduğumuzu bildiririk.

TÜRK ƏSGƏRLƏRİNİN UKRAYNAYA GÖNDƏRİLƏCƏYİ İDDİASI

Harada sülh, təhlükəsizlik və sabitliyə ehtiyac varsa, ilk ağıla gələn Türkiyə Silahlı Qüvvələridir. Bu, TSK-nın resursları və imkanları ilə yanaşı effektivliyinin, çəkindiriciliyinin və nüfuzunun ən mühüm göstəricisidir.

Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəs rejimi yaradılmalıdır. Daha sonra missiyasının dəqiq tərifi ilə missiyanın çərçivəsi müəyyən edilməli və hansı ölkənin nə dərəcədə töhfə verəcəyi müəyyən edilməlidir.

Türkiyə Silahlı Qüvvələri regionumuzda təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsə töhfə verməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki