Türkiyə Prezidenti: F-35 proqramına yenidən qoşulmalıyıq

Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə yazılı müsahibəsində danışıb.

O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını “ədalətsiz” adlandırıb.

“ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ üçün, eləcə də NATO-nun təhlükəsizliyi baxımından vacib və zəruridir”.**report.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki