Türkiyədə dəhşətli qəza - Xeyli sayda ölən və yaralanan var

Qaziantepdə sərnişin mikroavtobusu avtomobillə toqquşub.

Referans Media xəbər verir ki, ilkin məlumatlara görə, 7 nəfər ölüb, 13 nəfər yaralanıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan 34 HBS 100 nömrə nişanlı sərnişin mikroavtobusu, Qaziantep-Osmaniye avtomobil yolunun kənd ərazisindəki Acaroba yaxınlığında 31 AHB 98 nömrə nişanlı avtomobillə toqquşduqdan sonra aşıb.

Hadisə yerinə tibb, jandarma, yanğınsöndürmə və AFAD (Fəlakət və Təcili Yardım İdarəetmə) qrupları göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki