İstanbul və Ankarada gecə saatlarında yağan güclü leysan yağışları gündəlik həyatı iflic edib.
Referans Media xəbər verir ki, İstanbul və Ankarada gecə saatlarında yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub.
İstanbulun Fatih rayonunda yol çöküb, minik avtomobili və yük maşını yaranan çuxura düşüb. Eyüpsultanda isə torpaq sürüşməsi səbəbilə bir binada yaşayan 25 nəfər təxliyə edilib.
Ankarada kanalizasiya quyusunun daşması nəticəsində bəzi binaların giriş və zirzəmilərini su basıb. Ərazilərdə aidiyyəti qurumlar tərəfindən işlər aparılıb./yenisabah/
