Türkiyədə inanılmaz əməliyyat: 1 yaşlı uşaqdan çıxan cisim şok etdi!

Kahramanmaraşda bir yaşlı uşağın kürəyindən ağciyər membranına doğru irəliləyən 2 santimetrlik metal çıxarılıb. Hadisə həm valideynləri, həm də tibbi heyəti dəhşətə gətirib.

Referans Media xəbər verir ki, kürəyi üzərinə yatmaq istəməyən və yatırıldıqda ağlamaqla narahatlıq göstərən uşaq əvvəlcə bir neçə ortopediya, uşaq cərrahiyyəsi və beyin cərrahiyyəsi klinikasına müraciət edib. Lakin, həkimlər müdaxilənin çətin olduğunu və cismin çıxarılması üçün uşağın 8 yaşına çatmasının gözlənilməli olduğunu bildiriblər.

Valideynlər isə son ümidlərini fərqli bir xəstəxanaya bağlayıblar. Burada Beyin və Sinir Cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. İdris Altun tərəfindən aparılan yoxlamalarda, cismin dərialtı, onurğa kanalına yaxın bir sahədə və ağciyər membranına doğru irəlilədiyi müəyyən edilib.

Uşaq ümumi narkoz olmadan, lokal anesteziya və sedasiya altında əməliyyat edilib. Müdaxilə zamanı 2 santimetrlik metal tamamilə çıxarılıb. Xoşbəxtlikdən, xəstə eyni gün evə buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki