Referans Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Ankaranın Sincan rayonunda 120 nəfər inşaat işçisi yemək şirkətlərinin birindən sifariş etdikləri qidaları yedikdən sonra özlərini pis hiss ediblər.
Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır./publika.az






















