Türkiyənin 60 vilayətində eyni vaxtda əməliyyat keçirildi: Bu şəbəkənin 371 üzvü saxlanıldıbackend

Türkiyənin 60 vilayətində eyni vaxtda əməliyyat keçirildi: Bu şəbəkənin 371 üzvü saxlanıldı

  Türkiyə prokurorluğu terror təşkilatı FETÖ-nü maliyyələşdirməkdə şübhəli bilinən 371 nəfərin həbsinə order verib.

Referans xəbər verir ki, “TRT Haber”in məlumatına görə, həbslər iyulun 15-i səhər saatlarında ölkənin 60 vilayətində eyni vaxtda başlayıb. Axtarışlar həm də, “Hakmar” və “Tatbak” da daxil olmaqla üç supermarket şəbəkəsinin baş ofisində aparılıb.

Türkiyə Prokurorluğunun məlumatına görə, şübhəlilər FETÖ-yə qoşulmaq istəyən şəxslərə məhsul satmaq adı altında pul yığıblar. “Anadolu” 26 məhbus haqqında yazır. “Hakmar” və “Tatbak” pərakəndə satış şəbəkələri kənar idarəetməyə verilib.
//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki