Bu kənddəki həyat sanki qütb bölgələrində yaşamaq kimidir. Günəş saat 12:30-da çıxır və saat 15:30-da yenidən batır.
Referans Media xəbər verir ki, Türkiyənin Karaman vilayətinin Sarıvelilər rayonuna bağlı Daran kəndində günəş qış aylarında cəmi üç saat görünür. Coğrafi mövqeyi və kəndin şərq və cənub hissəsində yerləşən yüksək dağlar səbəbindən günəş burada saat 12:30-da çıxır, 15:30-da isə batır.
Kəndin ağsaqqalı Bahadır Yunt bildirib ki, 90 ev və 300 nəfər əhalisi olan Daran, ölkədə ən az günəş alan yaşayış məntəqələrindən biridir. Onun sözlərinə görə, kənd təxminən iki ay ərzində günəşi yalnız üç saat görə bilir.
Sakinlərdən İbrahim Baysal isə bu şəraitə öyrəşdiklərini deyərək, dekabrın 21-dən sonra günəşli saatların tədricən artdığını qeyd edib.





















