Ukrayna itirdiyi Rusiya şəhərini F-16-larla vurmağa başladı

  Ukraynaya məxsus F-16 qırıcıları Rusiyanın Kursk bölgəsinə zərbələr endirib.

Referans  xəbər verir ki, bu barədə “Archangel Spetsnaz” Teleqram kanalı yazıb.

Bildirilib ki, bir cüt F-16 sərhəddəki Tetkino kəndinə idarə olunan bombalar atıb.

 Kanal Ukrayna hərbi aviasiyasının aktivləşdiyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna ordusu 2024-cü ildə Kursku ələ keçirsə də, əks-hücuma keçən Rusiya Silahlı Qüvvələri uzun döyüşlərdən sonra şəhəri geri almışdı  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki