Referans Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Ukrayna Türkiyədəki NATO sammitində təmsil olunacaq”, – dövlət başçısı vurğulayıb.
Bununla yanaşı, V.Zelenski əlavə edib ki, ölkəni konkret olaraq kimin və hansı formatda təmsil edəcəyi barədə danışmaq hələlik tezdir.
Qeyd edək ki, 2026-cı il NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək. Bu, Alyans liderlərinin sayca 36-cı rəsmi görüşü olacaq.























