Ulduz futbolçunun avtomobili hərəkətdə olarkən alışdı – FOTO

“Samsunspor”un ulduzu Musabanın idarə etdiyi avtomobil hərəkətdə olarkın yanıb.

“Referans MEDİA” Türkiyənin Süper Liqa təmsilçilərindən “Samsunspor” futbol kubunun futbolçusu Entoni Musabanın idarə etdiyi avtomobil Ankara Bulvarında hərəkətdə olarkən alışıb və qısa müddətdə tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə Musabanın icarəyə götürdüyü avtomobilin mühərrik hissəsində qəfil yanğın başlaması nəticəsində baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki