image-tramp-xamneybackend

Vaşinqtondan Tehrana sərt sözlər: “Hər şeyi Xamenei anlayır”

“ABŞ İranın cəsur xalqının yanındadır”.

Referans Media  xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki nümayəndəsi Mayk Uolts deyib.

O bildirib ki, ölkədəki iqtisadi böhran və azadlıqların boğulmasına görə İran rejimi tam məsuliyyət daşıyır:

“İran İslam Respublikası xalqına qarşı tətbiq edilən zorakılığın miqyasını gizlətmək məqsədilə interneti və kommunikasiya vasitələrini qəsdən kəsib. Hökumət qüvvələrinin əli ilə öldürülən etirazçıların sayı on minlərlə nəfərə qədər qiymətləndirilir”.

Uolts həmçinin İran rejiminin son onilliklərdə ABŞ-a, region ölkələrinə və öz xalqına qarşı həyata keçirdiyi addımları sadalayaraq 1979-cu il girov böhranını, Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumları, eləcə də HƏMAS, “Hizbullah” və husilərə dəstəyi xatırladıb:

“İran dövlət səviyyəsində terrorizmin ən böyük himayədarıdır və bu siyasət müxtəlif ölkələrdə saysız-hesabsız mülki şəxsin ölümünə və əzab çəkməsinə səbəb olub. ABŞ Prezidenti Donald Tramp verdiyi vədlərə əməl edir və bu reallığı İranın ali rəhbəri Əli Xameneidən daha yaxşı bilən heç kim yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki