Vikipediyada bütün dövrlər üzrə ən çox baxılan 25 sorğunun siyahısını təqdim edib.
Referans Media xəbər verir ki, bu siyahını “Wikimedia” tərtib edib.
Siyahıya “İllər üzrə məşhurların ölümü” adlı səhifə liderlik edir. Bu səhifəyə 647 milyondan çox baxış olub. İkinci yerdə ABŞ haqqında məqalə (328 milyon baxış), üçüncü yerdə isə ABŞ-nin prezidenti Donald Tramp barədə məqalə (325 milyon baxış) qərarlaşıb.
Tam top-25 siyahı isə belədir:
İllər üzrə ölən məşhurların siyahısı — 647 025 321
ABŞ — 328 501 200
Donald Tramp — 325 397 973
II Yelizaveta — 253 385 102
Hindistan — 210 779 909
Kriştiano Ronaldo — 209 262 818
Barak Obama — 200 619 072
İlon Mask — 197 557 694
İkinci Dünya Müharibəsi — 196 185 039
Böyük Britaniya — 180 986 829
Lionel Messi — 169 027 752
Maykl Cekson — 168 519 508
“Taxt oyunları” — 166 648 136
Adolf Hitler — 163 955 099
Eminem — 159 866 098
Teylor Svift — 157 243 638
Birinci Dünya Müharibəsi — 156 010 435
“The Beatles” — 153 857 741
Dueyn Conson — 141 840 884
ABŞ prezidentlərinin siyahısı — 138 880 465
Kanada — 137 871 236
Ledi Qaqa — 137 724 118
“Oskar” mükafatı — 137 543 219
Freddi Merkuri — 134 515 769
Qeyd edək ki, yanvarın 15-də vikipediya 25 illik yubileyini qeyd edib. Yaranmasından bəri onlayn ensiklopediya 66,3 milyon məqaləyə qədər genişlənib.























