Vitrinlər boş, qapılar bağlı - "20 Yanvar" keçidində yerləşən obyektlərin aqibəti necə olacaq? - VİDEO

Bir vaxtlar “20 Yanvar” dairəsinin alt keçidində (metro stansiyasının giriş-çıxışı – red.) fəaliyyət göstərən ticarət köşkləri uzun müddətdir ki, bağlıdır. Səbəbi isə məlum deyil.

Referans Media Xəzər TV-yə istinadla xəbər verir ki, obyektlərin niyə fəaliyyət göstərmədiyi və gələcək aqibəti ilə bağlı heç bir məlumat yoxdur.

Mütəmadi olaraq keçiddən istifadə edən sakinlər deyirlər ki, istifadəsiz qalan obyektlər həm estetik baxımdan xoş görüntü yaratmır, həm də keçidin potensialından səmərəli istifadə olunmadığını göstərir.

Sakinlər düşünür ki, 2 ildir bağlı qalan obyektlərin taleyi ilə əlaqəli qeyri-müəyyənlik aradan qaldırılmalıdır.

Daha ətraflı videomaterialda:

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki